Biskvit

Bir qab biskvit

Biskvit — un, şəkər, yağ, su və qatqı maddələrinin qarışdırılıb bişirilməsi ilə əldə edilir. Biskvit növləri; şəkərli, duzlu, kremli, kəpəkli, vitamin və mineral qatqılı, örtməli vs.-dir. Biskvit, sözü Latınca "bis coctus" sözündən gəlməkdədir.

Roma sivilizasiyasında üst sinif olan patriarxların aşbazları süd, bal və unla biskvitlər bişirərmişlər. Bişirilən biskvitlərə operalactaria və dulçuya adları verilirdi. Bu biskvitlər üst sinifə təqdim edilərmiş. Tarixə baxdığımızda, 1840-cı illərdə, Fransada inkişaf etdirilən sənaye biskvitlə Türkiyə əvvəl idxalat yoluyla tanış oldu. Daha sonralar kiçik atelyelərdə biskvit çıxarmağı sınayan Türk təşəbbüskarlar da oldu. Lakin Türkiyədə biskvit sənayesinin təməli 1944-cü ildə kiçik bir biskvit emalatxanasında Səbri Ülkər tərəfindən atıldı. Ülkər, 1970-ci illərdə ixracata başladı.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search